Menu

Ramada Baku Hotel

Ramada Hotel Baku sizə işgüzar qonaqlarımız və turistlərin tələbatlarını ödəmək üçün nəzərdə tutulmuş komfort və rahatlığı uyğunlaşdıran 79 zərif nömrə və lüks otaqlar təklif edir. Siz, qarşılama içkisi, ödənişsiz yüksək sürətli internet, fitness mərkəzinə giriş və əla “İsveç masası” səhər yeməyi də (qiymətə daxildir) daxil olmaqla, bizim yüksək səviyyəli xidmətlərimizdən həzz ala bilərsiniz.


Beynəlxalq hava limanından taksi və ya marşrut avtobusu ilə 35 dəqiqəlik məsafədə və şəhərin biznes mərkəzindən təxminən 15 dəqiqəlik məsafədə yerləşir. Otel dəniz kənarında və çimərliyə qədər bir neçə dəqiqəlik məsafədə yerləşir ki, bu da Ramada Hotel Baku-nu istirahət və işgüzar səyahətlər üçün ideal məkana çevirir.

Shah Palace Hotel

Shah Palace Hotel qapılarını sizin üzünüzə Bakının unikal tarixi hissəsi olan İçərişəhərdə açır. Orta əsrlərə aid Qafqaz arxitekturasını sizə təqdim edir və müvəffəqiyyətlə özündə klassik və milli naxışları cəmləşdirir.

Otel dəbdəbəli şəkildə təbii ağac, mərmər və daşlarla bəzədilib. Otelin mebeli və çox gözəl işıqlandırılması sizə “Min bir gecə” nağılına düşməyiniz təəssüratını oyadır və bizim yüksək ixtisaslı qonaqpərvər heyətimiz sizə özünüzü saraydakı kimi hiss etməyə imkan yaradacaq.